Deyəsən belə getsə Ştuxlikin dövründəki hakimliyə şükür edəcəyik.

Rekord.az xəbər verir ki, onu əvəz edən Barış Şimşək daha betərdi.

Hakim səhvləri nəinki azalmayıb, əksinə artıb. Problemlər də azalmaq əvəzinə çoxalıb. Hər tur bir neçə kobud hakim səhvini görməyə adət etmişik. Çox maraqlıdır ki, bütün bunlar Şimşəyin vecinə də deyil. Maaşını alır, istdiyi kimi işləyir, heç kim sə hesabat soruşmur. Son məlumata görə, türkiyəli məşqçi 10 gündür Bakıda deyil. Belə demək mümkünsə, hakimləri başına buraxıb İsveçrəyə seminara gedib. Ordan isə Azərbaycana yox, vətəni Türkiyəyə qayıdıb və evində istirahətə üstünlük verib. Hakimlər də qalıb burda başsız...