35-ci turda bəzi oyunlarda VAR-a əcnəbi hakimlər dəvət olundu.

Rekord.az xəbər verir ki, bu proses son turda da baş verəcək.

Saytımıza daxil olan məlumata görə, bu təşəbbüs AFFA rəhbərliyi tərəfindən olub. Avrokuboklara vəsiqənin həll olunduğu oyunlarda kənar söhbətlərə yol açılmasın. Hətta deyilənə görə, AFFA Hakimlər Komitəsinin sədri Barış Şişmək öncə bu təşəbbüsə qarşı çıxıb və bildirib ki. yerli hakimlərlə də işin ğhdəsindən gəlmək olar. Lakin federasiya rəhbərliyi cari mövsümdəki çoxsaylı hakim səhvlərini Şimşəyin də diqqətinə çatdıraraq əcnəbi hakimin ən azı VAR-da olmasını vacib sayır.