Belarusun “Şaxtyor”unun yeni baş məşqçisi Aleksey Baqa “Sumqayıt”da çalışdığı dövr barədə qısa danışıb.

Rekord.az "Belarus 5"ə istinadən xəbər verir ki, o deyib:

“Mən o dövrü yüksək qiymətləndirirəm. Uğursuz vaxtlardan qorxmuram və bəhanə gətirməyəcəyəm. Səmimi olaraq nəyinsə səhv olduğunu söyləmək lazım idi”.

Xatırladaq ki, ötən ilin dekabrında "Sumqayıt"a baş məşqçi təyin olunan Baqa bu ilin sentyabrında uğursuz nəticəyə görə istefaya göndərilmişdi. O, bu ay Belarus klubunun baş məşqçisi təyin olunub.