"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa komandanın aparıcı futbolçusu olan Rəhim Sadıxovun komandada qalmasını istəyir.

Lakin Rekord.az xəbər verir ki, onun istəyi reallaşmaya bilər.

Çünki futbolçuya ciddi təklif olacağı halda, rəhbərlik onu satmaq variantını müzakirə edə bilər. Hazırkı dönəmdə "Sumqayıt"da maddi sıxıntı var və ən ödənişli futbolçulardan birini satıb yaxşı pul qazanmaq olar.