“Balkan Boxing 11”də Azərbaycanı Rəhim Əliyev təmsil edəcək
- 14:00
- 36
Serbiyada baş tutacaq "Balkan Boxing 11" döyüşündə Azərbaycanı Rəhim Əliyev təmsil edəcək.
Rekord.az xəbər verir ki, döyüş avqustun 29-da Belqraddakı "Lojionitsa" mərkəzində baş tutacaq.
Yarım ağır çəki dərəcəsində gücünü sınayacaq azərbaycanlı idmançı serbiyalı boksçu Aleksandar Konovalova qarşı mübarizə aparacaq.
Xatırladaq ki, iki idmançı daha əvvəl 2021-ci ildə üz-üzə gəlib və həmin döyüşdə azərbaycanlı idmançı aldığı zədə səbəbindən məğlub olub.