Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Balakən Olimpiya İdman Kompleksində böyüklər arasında stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışda 15 nəfər iştirak edib.

Olimpiya sistemi üzrə keçirilən yarışda birinci yeri İbadov Vüqar, ikinci yeri Əhmədov Yaqub və üçüncü yeri İbadov Rövşən tutmuşlar.