Balakəndə stolüstü tennis turniri
- 09 Noy 2023 11:00
- 369
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə "Zəfər Günü"-nə həsr edilmiş stolüstü tennis üzrə rayon birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, yarışda üç yaş qrupu üzrə qızlar və oğlanlar mübarizə aparmışlar.
Qalib gələn idmançılar Balakən rayon gənclər və idman sektoru tərəfindən diplomlarla təltif edilmişlər.