Macarıstanın "Ferentsvaroş" komandasının futbolçusu Toon Raemakers "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, bu gün Bakıda baş tutmuş mətbuat konfransında bunları söyləyib:


“Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Bakıya qələbə qazanmaq üçün gəlmişik. İlk görüşdə bəxtimiz gətirmədi. Düşünürəm ki, cavab matçında eyni səhvlərə yol verməyəcəyik".


“Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.