
Bakıdakı üçüncü sərbəst yürüşün ən sürətlisi bəlli oldu
- 13:40
- 32
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan qran-prisində üçüncü sərbəst yürüş yekunlaşıb.
Rekord.az xəbər verir ki, mübarizəni birinci sırada başa vuran pilot müəyyənləşib.
"Maklaren" sürücüsü Lando Norris ən yaxşı nəticəni göstərib. "Red Bull"dan Maks Ferstappen ikinci, Norrisin komanda yoldaşı Oskar Piastri üçüncü olub.
Ötən gün birinci və ikinci sınaq yürüşlərində müvafiq olaraq Norris və "Ferrari"dən Luis Hemilton ilk sırada qərarlaşıblar.
Saat 16:00-da sıralama turu keçiriləcək.
Əsas yarış sentyabrın 21-də baş tutacaq.