Bu il Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına qeydiyyatdan keçən ölkələrin sayı açıqlanıb.

Rekord.az xəbər verir ki, 145 ölkədən 933 idmançı qeydiyyatdan keçərək, öz iştiraklarını təsdiqləyiblər.

2022-ci ildə Meksikada baş tutan sonuncu çempionatda 120-dən çox ölkədən 756 idmançı qeydiyyatdan keçmişdi.

Yarışla bağlı Azərbaycana 2000-ə qədər qonağın gəlişi nəzərdə tutulur.

Xatırladaq ki, yarış 29 may – 4 iyun aralığında Bakı Kristal Zalında baş tutacaq. Giriş pulsuzdur.