Bakıda “Masters” kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək
- 19:00
- 33
Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək.
Rekord.az AzVİF-ə istinadən xəbər verir ki, yaşı 35-dən yuxarı olan həvəskar velosipedçilər qrup ötüşməsində qüvvələrini sınayacaqlar.
35-49 yaş kateqoriyasında olan kişi velosipedçilər 34 km, 50+ yaş kateqoriyasındakı idmançılar isə 25 km məsafəyə yarışacaqlar. 35+ yaş kateqoriyasında olan qadın velosipedçilər isə 17 km məsafəyə yarışacaqlar.
Qeyd edək ki, turnir avqustun 2-də Şıxovdakı Veloparkda təşkil olunacaq.