Bakıda “King & Queen of the Court” turniri keçiriləcək
- 20:12
- 31
Azərbaycanda çimərlik voleybolu üzrə növbəti yarış keçiriləcək. "Rekord.az" xəbər verir ki, Bakıda məşhur “King & Queen of the Court” (“Meydançanın kralı və kraliçası”) turnir baş tutacaq.
Mayın 23-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışda 10 qadın və 10 kişi komandası çempionluq uğrunda mübarizə aparacaq. Turnirdə peşəkar çimərlik voleybolçuları iştirak edəcəklər.
Uzun illərdir dünyanın müxtəlif ölkələrində keçirilən “King & Queen of the Court” turniri çimərlik voleybolunun ən maraqlı və dinamik yarış formatlarından biri hesab olunur.