21 may - 1 iyun aralığında Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının biletləri satışa çıxarılıb.


Rekord.az xəbər verir ki, oyunları izləmək istəyən azarkeşlər “iTicket” platformasında biletləri əldə edə bilərlər.


Açılış mərasimi mayın 21-də, saat 19:00-da Milli Gimnastika Arenasında start götürəcək. Açılış mərasimində türkiyəli məşhur müğənni Aleyna Tilki, Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.


Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.