
Bakıda keçiriləcək Avropa çempionatının biletləri satışa çıxarılır
- 16:01
- 40
Gələn il ölkəmizin də ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının biletləri satışa çıxarılır. "Rekord.az" xəbər verir ki, 2026-cı ilin avqust-sentyabr aylarında baş tutacaq qitə birinciliyinin biletlərini azarkeşlər bu ilin noyabrın 7-dən əldə edə biləcəklər.
Qadın voleybolçuların Avropa çempionatına Azərbaycanla yanaşı, Türkiyə, Çexiya və İsveç ev sahibliyi edəcəklər
Qeyd edək ki, yarışın püşkatma mərasimi isə oktyabrın 4-də İtaliyanın Bari şəhərində təşkil olunacaq. Tədbirdə millimizin kapitanı Ayşən Abduləzimova iştirak edəcəklər.