Bakıda AGF Trophy beynəlxalq turnirinə start verilib
- 15:30
- 30
Bu gün Bakıda aerobika və akrobatika gimnastikası üzrə AGF Trophy beynəlxalq turnirinə start verilib.
Rekord.az xəbər verir ki, yarış Milli Gimnastika Arenasında təşkil olunur.
Mükafatlar uğrunda Azərbaycanla yanaşı, Avstraliya, Bolqarıstan, Estoniya, Gürcüstan, Qazaxıstan, Polşa, Rusiya, Özbəkistan və Qazaxıstan təmsilçiləri mübarizə aparır.
Milli Gimnastika Arenasında bu gün həmçinin aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku başlayacaq. Aerobika üzrə yarışda Azərbaycan, Əlcəzair, Bolqarıstan, İtaliya, Rusiya, Türkiyə və Ukrayna idmançıları çıxış edəcəklər.
Akrobatika gimnastikasında isə Azərbaycan, Avstraliya, Belarus, Bolqarıstan, Estoniya, Gürcüstan, Qazaxıstan, Polşa, Rusiya, İspaniya və Ukrayna komandalarının üzvləri güclərini sınayacaqlar.
Qeyd edək ki, yarışlar iyunun 7-də yekunlşacaq.