“Bakı–Xankəndi” yarışında fərdi və komanda hesabında qaliblər bəlli oldu
- 18:45
- 32
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışında 5 mərhələnin nəticələrinə əsasən fərdi və komanda hesabında qaliblər müəyyənləşib.
Rekord.az xəbər verir ki, yekunda "Burqos" komandasının üzvü Coş Barnett yarışın qalibi olub.
O, həmçinin bu gün keçirilən sonuncu - 5-ci mərhələni də qələbə ilə başa vurub.
Yeni zelandiyalı idmançının təmsil etdiyi "Burqos" komandası isə komanda hesabında birinci yeri tutub.
Xatırladaq ki, ilk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə "Astana"nın rusiyalı üzvü Qleb Suritsa, dördüncü mərhələdə isə İtaliyanın "Bardiani CSF 7 Saber" komandasından Marko Manenti bütün rəqiblərini qabaqlayıb.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparıb. Turnirin mükafat fondu 50 000 avrodan çox olub.