31 iyul-1 avqust tarixlərində Bakıda kişilər arasında çimərlik voleybolu üzrə turnir keçirilib. "Rekord.az" xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən "Algo Beach" çimərliyində baş tutan turnirdə 16 cütlük çempionluq uğrunda mübarizə aparıb.

Olimpiya sistemi ilə keçirilən yarışın qalibi "Bos Şelf” komandasında çıxış edən Asif Əliyev-Heydər Məmmədli cütlüyü olub. Turnirdə ikinci və üçüncü yerləri isə "Neftçi" klubunun cütlükləri qazanıb. Il yeri "Neftçi 2" komandasında çıxış edən Aqil Ağazadə-Vüsal Qurbanov, lll yeri "Neftçi 1" komandasında mübarizə aparan Vadim Kutkov-Elmin Alışanov cütlükləri qazanıblar.

Qalib gələn cütlüklərə kubok, medal və pul mükafatı təqdim olunub.