Bakının qadın voleybolçulardan ibarət"Azərreyl" klubu növbəti oyunçu ilə razılığa gəlib. "Rekord.az" xəbər verir ki, 2020/2021 illər mövsümündə komandanın formasını geyinəcək növbəti voleybolçu Valeriya Kondratyeva olub.

Son mövsümü də "Azərreyl"də keçirən voleybolçu ölkə çempionatı ilə yanaşı, "Challenge Cup"da da Bakı klubunun uğurları üçün çalışacaq.