Qadın voleybolçulardan ibarət Milli Aviasiya Akademiyası klubu daha bir legioneri heyətinə qatıb. "Rekord.az" xəbər verir ki, komanda bu dəfə xorvatiyalı Astrid Popiçlə razılığa gəlib. 

27 yaşlı blokçu ən azı bir il Bakı klubunun şərəfini qoruyacaq. 

Təcrübəli voleybolçu Croatian Cup 2018/19 turnirində “Ən yaxşı hücumçu”, Nomikeia 2023/24 turnirində isə “Ən yaxşı blokçu” mükafatlarına layiq görülüb. 

Xorvat voleybolçu öz ölkəsi ilə yanaşı, Fransa, Yunanıstan və İsveç çempionatlarında çıxıb edib.