Kişi voleybolçulardan ibarət “AZERRAIL” klubu avrokubokda mübarizəyə başlayır. "Rekord.az" xəbər verir ki, 2025/26-cı illər mövsümündə ölkəmizi Çempionlar Liqasında təmsil edən “AZERRAIL” klubu təsnifat mərhələsinin 1-ci turunda Serbiyanın “Radniçki” komandası ilə üz-üzə gələcək.

Tərəflərin ilk oyunu oktyabrın 23-də baş tutacaq. Bu qarşılaşma Bakıda keçiriləcək. FHN-nin idman zalında təşkil olunacaq matç saat 19:00-da başlayacaq.
Komandamıza uğurlar arzu edirik.

23.10.2023 (Təsnifat mərhələsi
)

I tur
   19:00 “AZERRAIL” - “Radniçki”