
Bakı klubu bir neçə legionerlə razılığa gəlib
- 15:09
- 43
Qadın voleybolçulardan ibarət "Murov Az Terminal" klubu yeni mövsüm öncəsi heyətini gücləndirməkdə davam edir. "Rekord.az" xəbər verir ki, Bakı klubu bir neçə legionerlə razılığa gəlib.
Komanda 2025/2026-cı illər mövsümü üçün xorvatiyalı toppaylayıcı Rudy Renko İliç, amerikalı libero Küri Hoffmayer, ukraynalı blokçu Viktoriya Mostsitskanı heyətinə qatıb. Həmçinin azərbaycanlı voleybolçular Məleykə Məmmədova (libero), Natalya Solovyova (toppaylayıcı) və Yelizaveta Tyamuşeva (libero) da komandanın şərəfini qoruyacaqlar.
Qeyd edək ki, komandanın baş məşqçisi Eldar Yusibov, ikinci məşqçi İqor Qalaqanov, köməkçi məşqçi isə Fəxri Abdullazadədir.