Kişi voleybolçulardan ibarət “Xilasedici” Çelenc Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb. "Rekord.az" xəbər verir ki, Çelenc Kubokunda mübarizə aparan komandamız bu gün Bakıda 1/32 final mərhələsi çərçivəsində cavab oyununa çıxıb. Təmsilçimizin rəqibi Rumıniyanın “Steaua” klubu olub.

Səfərdə 0:3 hesabı ilə məğlub olan komandamız cavab oyununda 3:1 hesabı ilə qalib gəlib. Növbəti mərhələyə vəsiqə qazanan komandanı müəyyənləşdirmək üçün isə Qızıl set oynanılıb. Həlledici setdə “Xilasedici” 15:13 hesabı ilə qalib gələrək 1/16 finala adlayıb.

Növbəti mərhələdə komandamızın rəqibi Belçikanın “Lindemans” klubu olacaq. İlk oyun 2026-cı il yanvar 7-də Belçikada keçiriləcək.


Çelenc Kuboku - 1/32 final (Cavab oyunu)

20.11.2025

   “Xilasedici” - “ Steaua” 3:1 (25:23, 25:17, 15:25, 28:26) 

   Qızıl set 15:13