Kişi voleybolçulardan ibarət “Xilasedici” klubu avrokubokda mübarizəyə başlayır. "Rekord.az" xəbər verir ki, 2025–2026-cı illər mövsümündə ölkəmizi Çelenc kubokunda təmsil edən “Xilasedici” klubu turnirin 1/32 final mərhələsində Rumıniyanın “Steaua” komandası ilə qarşılaşacaq.

Təmsilçimiz ilk oyununu noyabrın 12-də səfərdə keçirəcək. Cavab görüşü isə noyabrın 20-də Bakıda, FHN-nin idman zalında baş tutacaq.


Çelenc kuboku – 1/32 final

Birinci oyun (Rumıniya)

 12.11.2025

   19:00. “Steaua” – “Xilasedici”

Cavab oyunu (Azərbaycan)

 20.11.2025

   18:00. “Xilasedici” – “Steaua”