Bakının qadın voleybolçulardan ibarət "Azərreyl" klubu avrokubokda iştirakdan imtina edib. "Rekord.az" xəbər verir ki, ölkəmizin qitə miqyaslı yarışlarda yeganə təmsilçisinin bu addımına səbəb koronavirus pandemiyasıdır.

Komandamız pandemiyanın səbəbindən yaranmış məhdudiyyətlərə görə "Çağırış kuboku" turnirində iştirak etməmək qərarına gəlib. Klub rəhbərliyi oyunçuların sağlamlığını nəzərə alaraq Azərbaycan Voleybol Federasiyası ilə birgə bu qərarı qəbul edib.