"Çelsi"nin futbolçusu Temue Bakayoko karyerasını Türkiyədə davam etdirə bilər.

Rekord.az xəbər verir ki, hətta "Adana Dəmirspor" rəhbərliyinin 28 yaşlı futbolçu ilə görüşdüyünə dair iddialar var.

Qeyd edək ki, Bakoyoko 2021-ci ilin avqustundan icarə əsasında "Milan"da çıxış edir. Cari mövsüm isə demək olar ki, meydançaya çıxmayıb.