Azərbaycanlı şahmatçı beynəlxalq turnirin qalibi oldu
- 18 Sen 2023 13:00
- 358
Azərbaycan şahmatçısı Rüfət Abdullayev Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) 30 illik yubileyi münasibətilə Türkiyənin paytaxtı Ankarada keçirilən beynəlxalq turnirin qalibi olub.
Rekord.az xəbər verir ki, o, Paytaxt Mədəniyyəti Yolu Festivalı çərçivəsində təşkil olunan “TÜRKSOY Şahmat Turniri”ndə 1-ci yeri tutub.
Gökyay Fondu Şahmat Muzeyində baş tutan yarışda digər azərbaycanlı şahmatçı Anar Səlimov 2-ci olub.