Azərbaycanlı məşqçi 36 yaşında vəfat etdi
- 02 Avq 2026 15:30
- 271
Azərbaycan Atletika Federasiyasının (AAF) atmalar üzrə məşqçisi və təlimçisi Tofiq Məmmədov vəfat edib.
Bu barədə Futbolinfo.az-a AAF-ın mətbuat xidmətindən məlumat verilib.
Mütəxəssis 36 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Federasiya mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, ona Allahdan rəhmət diləyib.