
Azərbaycanlı hücumçu zədə aldı, erkən əvəzləndi
- 06 Apr 2023 10:15
- 531
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 26-cı turdan təxirə salınmış oyunlar keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Düsseldorf “Fortuna”sının ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 11-ci dəqiqədə əvəzlənib. Buna azərbaycanlı futbolçunun zədələnməsi səbəb olub.
“Şalke”nin ikinci komandası hazırda 39 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.