Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə yeni təyinat göndərib. "Rekord.az" xəbər verir ki, beynəlxalq dərəcəli hakimimiz Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqası qarşılaşmasında iştirak edəcək.
E.Zülfüqarov dekabrın 4-də Fransada keçiriləcək “LEVALLOIS PARIS Cloud” (Fransa) və “KS Developre RZESZOW” (Polşa) klublarının matçında ikinci hakim olacaq. Oyunun baş hakimi vəzifəsini isə portuqaliyalı Ricardo Ferreira icra edəcək.