Azərbaycan voleyboluna itki üz verib. "Rekord.az" xəbər verir ki, ümumittifaq dərəcəli hakim, SSRİ-nin ən təcrübəli hakimlərindən biri olmuş, ittifaq çempionatlarını, daha sonra Azərbaycan çempionatlarını idarə etmiş hakim Rafiq Ağayev uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Rafiq Ağayev beynəlxalq dərəcəli hakim Fuad Ağayevin atasıdır.