
Azərbaycanlı hakim DÇ-nin oyunlarını idarə edəcək
- 28 Mar 2022 18:30
- 510
Futzal üzrə FİFA referisi Əli Cəbrayılov Dünya çempionatının ilkin seçmə mərhələsinin A qrupunda keçiriləcək oyunlara təyinat alıb.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Almaniya, San Marino, Monteneqro və Cəbəllütariq milli komandalarının mübarizə aparacağı bu qrupun oyunları aprelin 5-dən 10-dək Almaniyada təşkil ediləcək.