
Azərbaycanlı futbolçuları bu dəfə “Soçi” məyus etdi
- 14 Noy 2022 19:30
- 368
Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Soçi” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Sadıqovla Quliyev də bu matçın iştirakçısı olublar. Ayaz start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. İlya isə 80-ci dəqiqədə meydana buraxılıb.
“Ximki” 17 turdan sonra 12 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.