
Azərbaycanlı futbolçudan Bolqarıstan klubunda uğurlu debüt
- 24 İyn 2023 18:15
- 351
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Bolqarıstanın "Arda" klubunda debüt edib.
Rekord.az xəbər verir ki, 20 yaşlı müdafiəçi "Maritsa"ya qarşı yoldaşlıq matçında meydana çıxıb.
Hüseynov görüşə start heyətdə başlayıb. Qarşılaşma "Arda"nın 3:1 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, Hüseynov Bolqarıstan təmsilçisi ilə bu ayın əvvəlində 3 illik müqavilə imzalayıb.