
Azərbaycanlı futbolçu Latviyada 5 qola üzüldü
- 06 Apr 2022 23:00
- 468
Futbol üzrə Latviya çempionatında 4-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadənin formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Liepaya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb - 1:5.
Asim də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
Dörd turdan sonra 4 xalı olan “Dauqavpils” 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.