
Azərbaycanlı futbolçu Çexiya klubu ilə yeni müqavilə bağladı
- 22 İyl 2021 11:00
- 729
Azərbaycan gənclər yığmasının yarımmüdafiəçisi Fərid Nəbiyevin gələn mövsümə harada başlayacağı dəqiqləşib.
Rekord.az xəbər verir ki, o, “Viktoriya”da qalıb.
“Qəbələ”nin yetirməsinə başqa klublardan təklif gəlsə də, Jijkov təmsilçisi onunla vidalaşmaqdan imtina edib.
Çexiyanın birinci liqa komandası Nəbiyevin daha 1 il – növbəti sezonun sonunadək burada çıxış eləməsini lazım bilib.