
Azərbaycanlı futbolçu Albaniya klubunda
- 14:40
- 58
Azərbaycanlı futbolçu Elməddin Məmmədov yenidən legioner həyatı yaşayacaq.
Rekord.az xəbər verir ki, ötən mövsüm "Mingəçevir"də oynayan qapıçı Albaniyada çıxış edəcək.
29 yaşlı qolkiper "Luftetari” klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Bu barədə 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Məmmədov bunadək “Alqa” (Qırğızıstan), “Sxinvali” (Gürcüstan), “TC Sports Club” (Maldiv adaları), “Muras Yunayted” (Qırğızıstan), “Sent Endryus” (Malta), “Yedinstvo” (Bosniya və Herseqovina) klublarında oynayıb.