
Azərbaycanla oyunlarda Tedeskonun qarşısına qoyulan tələb
- 15 Fev 2023 16:00
- 371
Belçika millisinin yeni baş məşqçisi Domeniko Tedesko Azərbaycanla oyunlardan 6 xal götürməyə məcburdu.
Rekord.az Belçika mətbuatına istinadən xəbər verir ki, bununla bağlı onun qarşısına yerli futbol federasiyası tələb qoyub.
Tələbə görə, milli komanda Estoniya və Azərbaycanla oyunlardan maksimum nəticə ilə ayrılmalıdır.