
“Azərbaycanla oyunda qalib gəlməliyik” - Qunnlauqsson
- 19:20
- 35
Futbol üzrə İslandiya millisi Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələ oyununda qalib gəlmək istəyir.
Rekord.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arnar Qunnlauqsson qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında deyib.
"Bunun ölüm-dirim məsələsi olduğunu söyləməyəcəyəm. Böyük arzularımız var. Azərbaycanla matçda qalib gəlməliyik. Özümüzə təzyiq göstərməliyik".
O, oyunçuların görüşə kökləndiyini sözlərinə əlavə edib:
"Hər kəs inanılmaz dərəcədə sakitdir. Məşqlər fantastik keçdi. Meydan da möhtəşəmdir. Həyacan səviyyəsinin yerində olduğunu düşünürəm. Həqiqətən növbəti matç üçün yaxşı hisslərim var".
İslandiya - Azərbaycan görüşü sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.