Futbol üzrə Latviya millisinin hücumçusu Vladislav Qutkovski Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan öncə fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Matça hazırıq. Yaxşı əhval-ruhiyyədə hazırlaşırıq. Bizi maraqlı oyun gözləyir. Sabah oynaya, qol vura və qələbə qazana bildiyimizi göstərəcəyik.

Küveytlə 1:1 hesablı heç-heçə etdiyimiz görüşdə yaxşı çıxış etmişdik. Həmin qarşılaşmada məşqçilərimizin istədiklərini etdik. Bu element üzərində əlavə işləməliyik”.

Sabah Maltada keçiriləcək Azərbaycan - Latviya matçına saat 15:00-da start veriləcək.