
Azərbaycanın Yüksək və 1-ci liqalarında yeni mövsümün püşkü atıldı
- 08 Sen 2025 20:45
- 40
Azərbaycanın futzal üzrə Yüksək və I liqalarında 2025/2026 mövsümünün püşkü atılıb.
Rekord.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil edilən mərasimdə əvvəlcə UEFA Çempionlar Liqasının ilkin mərhələsini uğurla başa vuran və əsas mərhələdə iştirak hüququ qazanan "Araz-Naxçıvan"a təbriklər çatdırılıb.
Yüksək Liqada 6 komanda yarışacaq. Onlardan "Lənkəran" debütantdır. Oyunlar 4 dövrədən və 20 turdan ibarət olacaq. Ən çox xal toplayan komanda çempion elan olunacaq və növbəti mövsüm ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək.
Əsasnamədə edilən dəyişikliklərlə bağlı klub nümayəndələrinə məlumatlar verilib. Yeni mövsümdə Yüksək Liqada legionerlərlə bağlı limit tətbiq olunmayacaq. Komandalar iştirak ərizəsinə və oyunun protokoluna icazə verilən sayda əcnəbi futzalçının adını daxil edə biləcəklər.
İlk turda ötən çempionatın qızıl və gümüş medalçıları üz-üzə gələcək.
I Liqada isə 10 komanda iştirak edəcək. Bir dövrədən ibarət olacaq dairəvi sistemin sonunda ilk "4-lük"də qərarlaşan kollektivlər pley-off mərhələsinə yüksələcək. 1-ci yerin sahibi dördüncü, 2-ci yerin sahibi isə üçüncü pillədə qərarlaşan komanda ilə üz-üzə gələcək.
Yüksək Liqadan fərqli olaraq aşağı liqada legionerlərlə bağlı limiti tətbiq ediləcək. Komandalar 4 həvəskar statuslu əcnəbini sifariş edə və oynada biləcəklər.
Yüksək Liqa
I tur
18 sentyabr
U-19 – "Şuşa"
"Neftçi" İK – "Lənkəran"
"Baku Fire" – "Araz-Naxçıvan"
I Liqa
I tur
9 oktyabr
"Baku Fire-2" – "STAR kargo"
"Atletiko Baku" – "Ulduz"
"Xan-Lənkəran" – "Trabzon-Azərbaycan"
"Dəstə Ordubad" – PFL
"Yeni Suraxanı" - "Timsport"
Qeyd edək ki, Yüksək Liqaya sentyabrın 18-də, I Liqaya isə oktyabrın 9-da start veriləcək.