Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə təlim-məşq toplanışı üçün Çinə yollanıb.

Rekord.az xəbər verir ki, yeniyetmə idmançı baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Çin millisinin Jenqdinq şəhərindəki təlim-məşq bazasında hazırlıq keçəcək.

Aprelin 1-dək davam edəcək toplanış Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Qitə birinciliyi mayda Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq.