Azərbaycanın "SportAccord" ilə əməkdaşlığının inkişaf etdirilməsi müzakirə olunub
- 18:00
- 28
Azərbaycanın "SportAccord" ilə əməkdaşlığının inkişaf etdirilməsi müzakirə olunub.
Bu barədə Rekord.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Nazir Fərid Qayıbov "SportAccord"un prezidenti Uğur Erdeneri qəbul edib.
Görüşdə Azərbaycanda beynəlxalq idman tədbirlərinin təşkili, ölkəmizin "SportAccord" ilə əməkdaşlığının inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin gələn il Bakıda keçiriləcək "SportAccord World Sport & Business Summit"ə hazırlıq məsələləri, tədbirin yüksək səviyyədə təşkili və qarşıdakı dövrdə görüləcək işlər müzakirə edilib.
Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev və "SportAccord"un icraçı direktoru Kelli Firvezer də iştirak ediblər.