Ukraynanın paytaxtı Kiyevdə keçirilməsi planlaşdırılan və koronavirusa görə təxirə salınan badminton üzrə Avropa çempionatının yeni tarixi açıqlanıb.

Rekord.az xəbərd verir ki, yarış 2021-ci il 27 aprel - 2 mayda Kiyevdə keçiriləcək.

2021-ci il Avropa çempionatı Tokio-2020 Yay Olimpiya Oyunları üçün sonuncu təsnifat turniri olacaq. Yarışda Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun iştirakı nəzərdə tutulub.