
Azərbaycanın millisi qələbə ilə başladı
- 26 İyl 2025 20:00
- 42
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsinə qələbə ilə başlayıb.
Rekord.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda ilk qrup oyununda Çexiya ilə qarşılaşıb.
Görüş Azərbaycan millisinin 20:12 hesablı qələbəsi ilə başa çatıb.
Yığma növbəti matçını bu gün Slovakiyaya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 20:35-də başlayacaq.