photo

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

  • 2019-10-31 18:40
  • 317

Azərbaycan güləş ailəsi ağır itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, oktyabrın 28-də tanınmış güləş mütəxəssisi Xankişi Hüseynov dünyasını dəyişib. 

86 yaşında vəfat edən təcrübəli məşqçinin Şamaxıda sərbəst güləşin inkişafında böyük xidmətləri olub. 1983-cü ildə əməkdar məşqçi, 2006-cı ildə isə Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi ünvanını qazanan X.Hüseynov Həsrət Məmmədyarov, Qahir Mahmudov, Telman Məmmədov, Elşən Məmmədov, Telman Xəlilov, Telman Qarayev və başqa tanınmış güləşçilərin yetişməsində böyük pay sahibi olub.

Azərbaycan Güləş Federasiyası mərhumun yaxınlarına və bütün güləş ailəsinə baş sağlığı verir. Allah rəhmət eləsin.

Son xəbərlər