Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Rekord.az xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançı kubalı Daniel Heçavarria ilə qarşılaşıb. Görüş kubalı idmançının 3:1 hesablı qələbəsiylə başa çatıb.

Daniel 1/4 finalda misirli Məhəmməd Metvalliyə uduzduğu üçün İslam Abbasovun Tokio-2020-də medal qazanmaq şansı qalmayıb.