
Azərbaycanın 6 cüdoçusu DÇ-də mübarizəyə başlayır
- 11:20
- 43
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında dünya çempionatına start veriləcək.
Rekord.az xəbər verir ki, ilk yarış günündə dörd çəkidə qaliblər müəyyələşəcək.
Oğlanlarda 50, 55 kq, qızlarda 40 və 44 kq-da mükafatçılar bəlli olacaq.
Azərbaycan təmsilçilərindən 44 kq çəki dərəcəsində Gülşən Hüseynova 1/16 finalda Yana Pritulyakla (Rumıniya), Xədicə Abdullayeva isə eyni raundda Aynara Seitjanova (Qazaxıstan) ilə güləşəcək.
Oğlanlardan Rza Xəlilli 1/16 finalda Tsvetelin Martinovla (Bolqarıstan), Anar Quliyev (hər ikisi 50 kq) Narek Davtyan (Ermənistan) / Dikqang Kvadibana (Botsvana) cütünün qalibi ilə üz-üzə gələcək.
Nəhayət, Rəsul Əlizadə 1/16 finalda Badar-Uqan Badamdorjla (Monqolustan), Məhəmmədəli Hüsiyev (hər ikisi 55 kq) isə Viktor Uqo Silva (Braziliya) ilə münasibətlərə aydınlıq gətirəcək.
Dünya çempionatında fərdi müvarizə avqustun 30-da bitəcək. Avqustun 31-də qarışıq komanda yarışı baş tutacaq.