Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
- 16 Apr 2024 15:41
- 277
Çexiyanın paytaxtı Praqada keçiriləcək aerobika gimnastikası üzrə “Czehc Aerobic Open” beynəlxalq turnirində iştirak edəcək gənclərdən ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Rekord.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda ölkəmizi 5 gimnast təmsil edəcək.
Məşqçi Emil Quliyevin rəhbərliyi altında Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya üçlük və qrup, Məryəm Topçubaşova ilə Sara Əlixanlı isə fərdi və qrup proqramında qüvvələrini sınayacaqlar. Hakim Tünzalə Daşdəmirova da yarışda Azərbaycanı təmsil edəcək.
Qeyd edək ki, beynəlxalq turnir aprelin 18-21-i aralığında baş tutacaq.