Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 17–19 oktyabr tarixlərində Meksikanın Qvadalaxara şəhərində qran-pri turniri keçiriləcək.


Rekord.az xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun başçılığı altında 7 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq.


Üç gün davam edəcək turnirdə 35 ölkədən 248 idmançı (154 kişi, 96 qadın) iştirak edəcək.


Heyəti təqdim edirik:


Kişilər


-60 kq

Əhməd Yusifov

Balabəy Ağayev


-66 kq

Ruslan Paşayev

Yaşar Nəcəfov


-73 kq

Hidayət Heydərov

Rəşid Məmmədəliyev


-81 kq

Vüsal Qələndərzadə

Zelim Tçkayev


-90 kq

Murad Fətiyev


-100 kq

Zelim Kotsoyev


+100 kq

Uşanqi Kokauri