“Azərbaycanı çox sevdim” - Manenti
- 16:20
- 38
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin qalibi olan italiyalı Marko Manenti Azərbaycanı çox sevdiyini, ölkəmizin təbiətinin möhtəşəm olduğunu bildirib.
Rekord.az xəbər verir ki, idmançı bu barədə mətbuat konfransında deyib.
O, çətin mərhələdə qalib gəldiyini sözlərinə əlavə edib:
"Çətin mərhələ idi. Qalib gəldiyim üçün çox xoşbəxtəm. Başlanğıcda bir az rəqiblərimlə məsafə yarandı. Bu, komandamız üçün çox böyük nailiyyətdir".
M.Manenti sabahkı mərhələnin də maraqlı alınacağını sözlərinə əlavə edib:
"Sabah da çətin olacaq. Komanda olaraq yaxşı nəticə əldə etməyə çalışacağıq. Bu qələbə komandamız üçün başlanğıc idi. Növbəti mərhələdə də xallar qazanacağımıza inanırıq. Bu, bizim üçün çox önəmlidir".
Velosipedçi 2026-cı ildə ilk qələbəsini Azərbaycanda qazanmasına da münasibət bildirib:
"Ötən ilə qədər U-23 kateqoriyasında idim. Bu, böyüklər arasında ilk qələbəmdir. Azərbaycanı çox sevdim. Ölkənizin təbiəti möhtəşəmdir".
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.